Ford 4 min nəfəri işdən çıxaracaq

Ford 4 min nəfəri işdən çıxaracaq

ABŞ avtomobil istehsalçısı "Ford" şirkəti 2027-ci ilə qədər Avropada 4 min işçini ixtisar edəcəyini elan edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytına məlumat yerləşdirilib.

Planlara əsasən, Almaniyada 2,9 min, Böyük Britaniyada 800, digər Avropa ölkələrində isə 300 nəfər işdən azad ediləcək. Ən çox ixtisarlar "Ford"un Köln şəhərində yerləşən zavodunda həyata keçiriləcək.

Qeyd edək ki, Rusiya bazarından çəkilən qlobal avtomobil istehsalçıları durğunluq dövrü ilə üzləşiblər. "Volkswagen", "Audi", "Bentley", "Nissan", "Toyota", BMW, "Peugeot", "Citroen" və digər markaların satışları azalıb, bu da gəlirin azalmasına səbəb olub. Şirkətlər minlərlə iş yerini ixtisar etməyə və zavodları bağlamağa hazırlaşır.