Əməkdar kənd təsərrüfatı işçisi Aqrar Sığorta Fondunu məhkəməyə verib
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Sığorta Fondu (ASF) məhkəməyə verilib.
"BusinessTime" xəbər veri ki, aqrar sahədə tanınan Zeynalov Mikayıl Cəbrayıl oğlu Fondun müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham edir.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, aqrar sahədə tanınmış şəxs olan Mikayıl Zeynalov 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi" fəxri adını alıb.