Gələn il üçün yaşayış minimumunun məbləği təsdiqlənib

Gələn il üçün yaşayış minimumunun məbləği təsdiqlənib

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu 270 manat təşkil edəcək.

Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.

Sənədə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.