“Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilir
“Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilir.
Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi tələb edilən, gücü 150-200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb.
Bununla da tikinti obyektlərinin tələb edilən elektrik enerjisi gücü 200 kVt-dək olduqda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.