Gəncə Beynəlxalq Xəstəxanasının sahibinin üç milyon manat borcu yaranıb

Gəncə Beynəlxalq Xəstəxanasının sahibinin üç milyon manat borcu yaranıb

Gəncə Beynəlxalq Xəstəxanasının sahibi "Synergy Medical" MMC külli miqdarda borca düşüb.

BusinessTime İqtisadiyyat.az-a istinadən xəbər verir ki, kommersiya qurumlarının dövlət reyestrindəki məlumata görə, MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 938 328.7 manat borcu yaranıb.

Qeyd edək ki, "Synergy Medical" MMC-nin qanuni təmsilçisi Gülnar Polad qızı Paşayevadır.