Gömrük-sərhəd məntəqələrində 165 yük maşını gözləyir

Gömrük-sərhəd məntəqələrində 165 yük maşını gözləyir

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

AYNA-dan bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 15, “Samur” gömrük postunda 50 və “Xanoba” gömrük postunda 5 yük maşını var.