Göygölün taxıl sahələrində yüksək məhsuldarlıq əldə edilir

Göygölün taxıl sahələrində yüksək məhsuldarlıq əldə edilir

Göygöl rayonunda taxıl biçini başa çatmaq üzrədir. Rayon ərazisində əkinə yararlı 7020 ha ərazidə taxıl əkini aparılmışdır.

Bu günədək rayon ərazisində 5541 ha ərazidə biçin işləri aparılmışdır. Rayonun dəmyə ərazilərində məhsuldarlıq 50-55 sentner təşkil edir.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən təqdim olunmuş məlumata əsasən biçilməmiş 805 ha ərazidə qısa müddət ərzində biçin işləri aparılaraq məhsulun tədarük edilməsi təmin olunacaqdır.

Hazırda rayonun Yeni Zod və Bənövşəli kəndlərinin əkin sahələrində biçin işləri davam etdirilir.

BusinessTime