Azərbaycana gübrə idxalı martda kəskin artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 11 274,3 min ABŞ dolları dəyərində 15 766,96 ton gübrə idxal olunub.
BusinessTime.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,6%, həcm ifadəsində isə 79,6% azdır.
Fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 3 565,61 min dollar (və ya 2,3 dəfədən çox) artıb, həcm ifadəsində isə 2 905,79 ton (və ya 73,4%) artıb. Mart ayında ölkəyə 6 245,84 min dollar dəyərində 6 861,89 ton gübrə idxal olunub.
Qeyd edək ki, bu ilin ilk üç ayında gübrə idxalının ümumi idxalda payı 0,39% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,36 faiz bəndi azdır.