Mədinə Əliyeva nazirlik tərəfindən təltif edilib

Mədinə Əliyeva nazirlik tərəfindən təltif edilib
Mədinə Əliyeva nazirlik tərəfindən təltif edilib

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva aqrar sektorun inkişafında verdiyi töhfələrə görə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təltif edilib.

Belə ki, “15 Oktyabr – Beynəlxalq Kənd Qadınları Günü”nə həsr olunmuş “ Aqrar sektorun inkişafında qadınların töhfəsi” mövzusunda keçirilən konfransda aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyəti yüksək qiymətləndirilib.

Konfransda ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə çıxışlar olub.

Qeyd edək ki, Mədinə Əliyeva uzun müddətdir ki, aqrar sektorda fəaliyyət göstərir. Bu vaxta qədər bir sıra dövlət və özəl şirkətlər tərəfindən təltif edilib.