"GRANDTEK" MMC nizamnamə kapitalını azaldıb

"GRANDTEK" MMC nizamnamə kapitalını azaldıb

Teleqraf xəbər verir ki, MMC-nin nizamnamə kapitalı bu gündən 200 min manata endirilib. Şirkətin əvvəlki kapitalı 495 min 484 manat təşkil edib.

Qeyd edək ki, "GRANDTEK" MMC elektrik işıqlandırma avadanlıqlarının istehsalı ilə məşğuldur. Şirkətin qanuni təmsilçisi Etibar Vəliyevdir.

Xatırladaq ki, Azərbaycan Mülki Məcəlləsinin 90.4-cü maddəsinə əsasən, əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.