Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

BusinessTime AMB-yə istinadla xəbər verir ki, bu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9 milyard 195,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 20,2 milyon dollar çoxdur.