Halal Uyğunluq Sertifikatı 3 il müddətinə etibarlıdır - VİDEO
Halal Uyğunluq Sertifikatı qida məhsullarının İslami qaydalara və müvafiq halal standartlara uyğun istehsal edildiyini təsdiqləyən rəsmi sənəddir. AQTİ tərəfindən verilən sertifikat istehsalçıların etibarını artırmaqla yanaşı, istehlakçılara məhsulun halal tələblərinə uyğunluğu barədə əlavə təminat yaradır.
Sertifikat 3 il müddətinə etibarlıdır. Müddət başa çatdıqdan sonra halal nişanından istifadə qanuni hesab edilmir. Halal statusun fasiləsiz qorunması üçün sertifikatın vaxtında yenilənməsi tövsiyə olunur.
Yenilənmə üçün müraciətin sertifikatın qüvvədə olma müddətinin bitməsinə 3–4 ay qalmış edilməsi məsləhətdir. Bu zaman müəssisənin istehsal prosesi və idarəetmə sistemi yenidən qiymətləndirilir.


