Hərracda 43 dövlət əmlakı özəlləşdirilib

Hərracda 43 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 2 səhmdar cəmiyyətin səhm paketi və 41 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən  bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 139 sifariş qəbul olunub.

Hərracda “Bakavtoservis” və "Goranboy Aqrotexservis" açıq səhmdar cəmiyyətlərinin 30 faizlik səhm paketi özəlləşdirilib. Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, “Nissan Sunny” markalı avtomobilin ilkin start qiyməti 4500 manat olsa da, ən son təklif 7 min manatadək yüksəlib. İlkin start qiyməti 1000 manat olan “Traktor MTZ-82” markalı nəqliyyat vasitəsi 4600 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu)

Qeyd edək ki, bu ay üzrə növbəti hərraclar yanvarın 24, 27 və 31-də keçiriləcək. Bu hərraclara ümumilikdə 60 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 25-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.