“İD Agropark” MMC şirkəti cərimələnib
Şirkətin 2024-cü il üzrə maliyyə hesabatlarının, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc etməməsi MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olub.
“İD Agropark” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsinə əsasən protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin müvafiq qərarı ilə MMC 1500 manat cərimə edilib. (Qafqazinfo)


