“İLLİK MÜHASİBLƏR FORUMU - 2024” tədbiri keçirildi

“İLLİK MÜHASİBLƏR FORUMU - 2024” tədbiri keçirildi

 ARPA və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə “İLLİK MÜHASİBLƏR FORUMU - 2024” tədbiri uğurla həyata keçirilib.

Qonaqlar öncə  SDU -nun foyesində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər.

Tədbirin açılışını ARPA-nın sədri Günay Şahbazova edib. Daha sonra SDU-nun rektoru Rüfət Əzizov, Auditorlar Palatasının sədri Vahid Novruzov və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot şöbəsinin müdiri Firuzə Abdullayeva ilə davam edib.

Qeyd edək ki, forumda mühasibatlığın rəqamsal dövrü, rəqəmsal bank və mühasibatlıq, rəqəmsal dövrün mühasibat işçisi, sahibkar-mühasib-DVX qarşılıqlı münasibətlər, vergi uyğunsuzluqları, tədbirlər və çıxış yolları, PMS-in bugünü və gələcəyi, eləcə də mühasibatlıqda beynəlxalq təhsil standartları kimi məsələlər müzakirə edilib.