İcra başçısı özünə yeni müavin təyin etdi

İcra başçısı özünə yeni müavin təyin etdi

Göygöl Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Bununla bağlı icra başçısı Elvin Paşayev sənəd imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Arzu Qocayev təyinat alıb.

Qeyd edək ki, Qocayev Arzu Rövşən oğlu 1991-ci ildə Göygöl şəhərində anadan olub. O, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2012-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq Ticarət ixtisası üzrə magistr təhsili alıb.

2016-2018-ci illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ regional “ASAN xidmət” mərkəzində baş məsləhətçi, 2018-2022-ci illərdə Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru, 2022-ci ilin fevral ayından etibarən isə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışıb.