İxracın maliyyələşdirilməsi niyə çağırışdır?

İxracın maliyyələşdirilməsi niyə çağırışdır?

"Xarici ticarətin maliyyələşdirilməsi" haqqında seminardan

Bütövlükdə xarici ticarət, xüsusən ixracın maliyyələşdirilməsi niyə çağırışdır?

Məsələyə geniş miqyasda baxdıqda, ölkəmizin tədiyə balansında qeyri-neft/qaz ixracı və idxal əməliyyatları zamanı maliyyə vəsaitlərinin axını fərqlidir. İstisnai nöqtələri nəzərə almaqla, bir sıra (mal mövqeyinə görə dəyişir) hallarda idxal etdiyimiz məhsulların dəyərini əvvəlcədən ödəməyimiz qarşılığında qeyri-neft/qaz məhsullarının ödənişi sonradan alırıq.

Əldə edilən nəticəyə əsasən, qeyri-neft/qaz ticarətinin əksər məhsulları üzrə istehsal və ixracın davamlılığının təmin edilməsi üçün sahibkarların mütəmadi likvid vəsaitlərlə təmin edilməsi vacibdir. Bu vəsaitlərin ucuz və uzunmüddətli olması isə risk akkumulyasiyasının səviyyəsindən asılıdır. 

Əldə etdiyimiz digər, lakin ən önəmli çağırış isə məhsulların əlavə dəyər yaratma səviyyəsindən ibarətdir. Nadirlik, müxtəliflik xüsusiyyətinə malik olmayan,o cümlədən mürəkkəb zəncirlər toplusu məhsullarımızın istehsal və ixracda yüksək paya malik olmaması, onların rəqabətqabiliyyətliyinə neqativ təsir göstərir.  Regional rəqabət üstünlüyünə malik olmadıqda, qonşu və digər region ölkələri ilə müqayisədə özünəməxsus, innovativ, texnoloji, qiymət və keyfiyyət üstünlüyünə malik olmadıqda, maliyyə vəsaitlərinin əvvəlcədən əldə edilməsi çətinləşir. Aşağı rentabelli və alternativlərin çox olduğu xarici bazarlarda sifarişçi daha çox diqtə edən tərəf olur.

İqtisadçı ekspert
Nicat Hacızadə