“Kapital Bank” nizamnamə kapitalını artırır

“Kapital Bank” nizamnamə kapitalını artırır

Noyabrın 17-də “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

BusinessTime.az  bu barədə bankın idarə heyətinə istinadən xəbər verir. Məlumata görə, gündəlikdə duran əsas məsələlər bankın nizamnamə kapitalının artırılması, nizamnaməsinin və müşahidə şurasının əsasnaməsinin yenilənməsi ilə bağlıdır.

Qeyd edək ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı bankın Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində baş tutacaq.