“Birbank” çökdü
Bu gün "Kapital Bank" mobil "Birbank" tətbiqində problemlər yaşanıb.
BusinessTime-a müraciət edən vətəndaşlar bildiriblər ki, "Birbank" tətbiqinə daxil olmaq çətinləşib. Bununla yanaşı bir çox istifadəçilər "Birbank" tətbiqinə daxil olduqda hesabların göstərilməməsi qeyd olunur.
Bankın tətbiqinin işləməməsi müştərilərin ciddi narazılığına və narahatçılığına səbəb olub. Nəticədə ödənişlərdə ciddi problemlər yaranıb.
"Kapital Bank" problemlə bağlı açıqlama yayıb. Qeyd olunub ki, hazırda Birbank tətbiqində təkmilləşdirmə işləri aparılır. Bu müddət ərzində tətbiqdə müəyyən fasilələr yarana bilər.
Qeyd edək ki, Birbank tətbiqində aparılan təkmilləşdirmə işləri ilə bağlı vətəndaşlara heç bir bildiriş gəlməyib.