“Kapital Bank” sahibkar xanımlara güzəştli kredit təklif edir

“Kapital Bank” sahibkar xanımlara güzəştli kredit təklif edir

“Kapital Bank” 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım sahibkarlar üçün güzəştli kredit kampaniyası keçirir. Kampaniya çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar mart ayı ərzində mikro-biznes kreditlərini 8 faiz endirimlə əldə edəcəklər.

Təqdim olunan mikro kreditin maksimal məbləği 100 min manat, müddəti isə 36 ayadəkdir. Xanım sahibkarlar “Kapital Bank”ın filiallarına, “196” Sorğu Mərkəzinə və https://kapitalbank.az  saytına keçid edərək mikro kredit əldə etmək üçün müraciət ünvanlaya bilərlər. Həmçinin 30 min manat məbləğə qədər olan mikro kreditləri girovsuz və zaminsiz əldə etmək mümkündür. Kampaniya martın 31-dək edilən müraciətlər üçün keçərlidir.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt , Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd .