Keşlə Balıq Bazarında canlanma - Ən çox alınan növlər AÇIQLANDI

Keşlə Balıq Bazarında canlanma
Dabaq xəstəliyinin yayılması nəticəsində əhalinin ətə tələbatı azalıb. Bu səbəbdən son günlər balıq məhsullarına maraq kəskin artıb.
 
Paytaxtın 3-cü mikrorayon ərazisində yerləşən “Keşlə” Balıq Bazarında da canlanma müşahidə olunur.
 
Satıcılar deyirlər ki, alıcıların böyük qismi ət əvəzinə balığa üstünlük verir və bu da öz növbəsində canlanmaya səbəb olub. Həm tələbat, həm də gündəlik satışlarda nəzərəçarpan artım var.
Qiymətlər balıqların ölçüləri və çəkilərinə görə dəyişir. Alıcılar daha çox Farel, Xanı, Sazan, Beluqa, Ağ amur, Kütüm və s balıqlara daha çox üstünlük verirlər.
 
Mütəxəssislər yaxın günlərdə balıq bazarlarında aktivliyin daha da artacağını proqnozlaşdırırlar.
1
1
1
1
1