“Kiber Diaspora” yaradılır

“Kiber Diaspora” yaradılır

AKTA informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ölkə xaricində çalışan həmyerlilərimizin "Kiber Diaspora"  adlı icmasını yaradır. 

"Kiber Diaspora" ölkə xaricində İT və kibertəhlükəsizlik sahəsində çalışan peşəkar həmyerlilərimizin qlobal miqyaslı virtual icması və şəbəkələşmə platforması olacaqdır.

Burada həmyerlilərimizin birgə fəaliyyətinin təşkili, beynəlxalq ekspertlərdən ibarət icmanın formalaşdırılması, sahə üzrə yeni trendlərin və əhəmiyyətli məsələlərin müzakirəsi nəzərdə tutulub.  Bu platforma vasitəsilə xaricdə və ölkəmizdə yaşayan ekspertlər arasında təcrübə, bilik, məlumat paylaşılması mümkün olacaq və onlar arasında əməkdaşlıq təşviq ediləcəkdir. 

Qeyd edək ki, 3-cü Milli Kibertəhlükəsizlik Forumunda kiber diasporanın görüşünün təşkili və tanınmış həmyerlilərimizin iştirakı ilə “Kiber Diaspora” panelinin keçirilməsi nəzərdə tutulub.