Kibertəhlükəsizlik üçün 1 milyon manatlıq platforma alınır

Kibertəhlükəsizlik üçün 1 milyon manatlıq platforma alınır

1,06 milyon manatlıq kibertəhlükəsizlik layihəsi üzrə müqavilə imzalanıb.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxsi ilə “B and B Security Alliance Limited” MMC arasında 1 milyon 62 min manatlıq müqavilə imzalanıb.

Müqavilə kibertəhlükəsizlik tədbirlərinin effektivliyinin qiymətləndirilməsi və avtomatlaşdırılmış validasiyası platformasının alınmasını nəzərdə tutur.

Müqavilənin ümumi dəyəri 1 062 000 manat təşkil edir. (banker)