DeepSeek Huawei ilə əməkdaşlıq edir: məqsəd Nvidia çiplərindən asılılığı azaltmaqdır

DeepSeek Huawei ilə əməkdaşlıq edir:

Çinin süni intellekt şirkəti DeepSeek Huawei Technologies ilə əməkdaşlığa başlayıb. Tərəflər Huawei-nin Ascend süni intellekt çipləri üçün proqramlaşdırma alətlərinin hazırlanması üzərində işləyəcəklər.

Bu barədə DeepSeek sentyabrın 30-da açıqlama yayıb.

Əməkdaşlığın əsas istiqamətlərindən biri DeepSeek modellərinin Huawei avadanlıqları üzərində daha səmərəli işləməsini təmin etməkdir. Hazırda süni intellekt sistemlərinin hazırlanması və işlədilməsi üçün istifadə olunan yüksək məhsuldarlıqlı çiplər bazarında Nvidia mühüm paya malikdir. Huawei isə öz Ascend çiplərini inkişaf etdirərək Çin şirkətlərinin yerli hesablama infrastrukturlarından istifadəsini genişləndirməyə çalışır.

DeepSeek və Huawei arasında yeni əməkdaşlıq Çinin süni intellekt ekosistemində proqram təminatı ilə çip istehsalının daha sıx əlaqələndirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir. Yeni proqramlaşdırma alətləri DeepSeek modellərinin Huawei platformasına uyğunlaşdırılmasını asanlaşdıra və yerli AI hesablama imkanlarının genişlənməsinə xidmət edə bilər.