“Atəşgah” Sığortadan Visa kart sahiblərinə xüsusi KASKO fürsəti

“Atəşgah” Sığortadan Visa kart sahiblərinə xüsusi

“Atəşgah” Sığorta Şirkəti 1 oktyabr–31 dekabr 2026-cı il tarixlərində avtomobil sahibləri üçün yeni KASKO kampaniyasına start verir.  Kampaniya çərçivəsində VISA kartına sahib olan müştərilər ateshgah.com saytında Google Pay və ya Apple Pay vasitəsilə ödəniş edərək     KASKO sığortasını15% endirimlə əldə edə bilərlər.

Yeni kampaniya avtomobil sahiblərinə nəqliyyat vasitələrini KASKO sığortası üzrə daha sərfəli şərtlərlə sığortalamaq imkanı yaradacaq.

Şirkətin təqdim etdiyi rəqəmsal həllər sayəsində müştərilər sığorta məhsullarından onlayn şəkildə
yararlana, ödəniş prosesini isə sürətli və rahat formada həyata keçirə bilərlər.

Kampaniyanın şərtləri və KASKO sığortası haqqında ətraflı məlumat əldə etmək üçün “Atəşgah” Sığorta Şirkətinin 940 Çağrı Mərkəzinə müraciət etmək kifayətdir.