Bakıda binaların təmiri üçün 4 milyona layihə sənədi hazırlanacaq

Bakıda binaların təmiri üçün

"Baki Şəhər Əsasli Tikinti Və Təmir" MMC tender elan edib.

Müsabiqə Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınmasını nəzərdə tutur.

Tenderin dəyəri 3 milyon 881 min 755,33 manat təşkil edir.

Satınalma üzrə təkliflərin qəbulu 28 oktyabr tarixinədək davam edəcək.