Lotus Elise S1 bazasında Analogue VHPK restomod təqdim olunub

Lotus Elise S1 bazasında Analogue VHPK restomod təqdim olunub

Böyük Britaniyanın Qərbi Susseks qraflığının Fernhörst kəndində fəaliyyət göstərən Analogue Automotive şirkəti orta mühərrikli Lotus Elise S1 əsasında hazırlanmış VHPK adlı kiçik seriyalı restomodu təqdim edib.

VHPK-nın əsas xüsusiyyətlərindən biri radikal şəkildə yüngülləşdirilmiş kuzovdur. Avtomobildə sürücü mərkəzdə oturur və sərnişin üçün yer nəzərdə tutulmayıb.

Restomodun ümumi çəkisi 600 kiloqramdan azdır. Modeldə Lotus Elise S1-in 4 silindrli, 16 klapanlı Rover K seriyalı benzin mühərrikindən istifadə olunur. Mühərrikin gücü isə 254 at gücünə qədər artırılıb.