"Made in Turan" markası elan ediləcək

"Made in Turan" markası elan ediləcək
Azərbaycan Françayzinq Assossasiyasının sədri Camid Mövsümov Qazaxıstan Respublikasına səfər çərçivəsində “Atameken” qurumu ilə görüş keçirib.
Görüşdə Azərbaycanın investisiya imkanları haqqında ətraflı məlumat təqdim edilmişdir və iki ölkə françayzinq Assosiasiyasiyaları tərəfindən imzalanmış qarşılıqlı əməkdaşlıq Memorandumuna əsasən markaların birgə brendləşməsi, 22 May tarixində rəsmi elan olunacaq  Made in Turan markası ilə əlaqəli mövzular, birgə fəaliyyət planı müzakirə olunmuşdur. 
Made in Turan marka dizaynı qlobal brend olan Leo Brunet markası tərəfindən düzənlənmişdir. Markanın fəlsəfəsi haqqında Leo Brunet şirkətinin rəhbəri Abbas Fatullayev tərəfindən Qazaxıstan nümayəndə heyətinə məlumat təqdim olunmuşdur. 
Görüşdə Türkiyənin UFRAD Françayzinq Assosiasiyasının İdarə Heyətinin üzvü Süleyman Soysalda iştirak etmişdir.