“Finca Azerbaijan"ın vəzifəli şəxsi cərimələnib

“Finca Azerbaijan"ın vəzifəli şəxsi

Mərkəzi bank “Finca Azerbaijan” QBKT-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq MM “Finca Azerbaijan” QBKT və onun vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 20 000 (iyirmi min) və 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.