Maliyyə Nazirliyinin 103 minlik tenderinin qalibi sevimli şirkəti olub

Azərbaycan Maliyyə Nazirliyi inzibati binasının cari və əsaslı təmir işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.

“” xəbər verir ki, müBusinessTimesabiqənin qalibi "Elit Elektrik" MMC olub.

Nazirlik bu məqsədlə qalib şirkətə 103 128,32 manat ödəyəcək.

Qeyd edək ki, adıçəkilən şirkət son 5 ildə Maliyyə Nazirliyinin ümumilikdə təxminən 275 min manatlıq 4 tenderinin qalibi olub.

Xatırladaq ki, dövlət vergi orqanlarında qeydiyyat tarixi bilinməyən şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Qarayev Qara Paşa oğludur.