Azərbaycanda dərman istehsalı kəskin artıb

Azərbaycanda dərman istehsalı kəskin artıb

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 11,4 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 53,5 faiz artıb.

Hesabat dövründə 6,1 milyon manatlıq dərmanlar istehsal olunub ki, bu, ötən ilin birinci yarısı ilə müqayisədə 31,7 faiz artım deməkdir.

İyul ayının 1-nə 1,4 milyon manatlıq hazır məhsul ehtiyatı mövcuddur.