Mediasiya sektoru beynəlxalq səviyyədə daha da tanınacaq

Mediasiya sektoru beynəlxalq səviyyədə daha da tanınacaq

Mediasiya Şurasının sədri Nadir Adilov, Azərbaycan Respublikasının nümayəndəsi olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar

Komitəsinin sədr müavini vəzifəsinə seçilməsi barədə sevindirici xəbəri böyük qürurla qarşıladıq və  paylaşdıq.

Bununla yanaşı bu gün keçirilən Komitə iclasında Nadir Adilov Komitənin büro üzvü olaraq da seçilmişdir.

Büro 5 rəhbər şəxsdən ibarət olmaqla, Komitənin cari fəaliyyətinə rəhbərlik edir və onun strateji istiqamətlərini müəyyənləşdirir. 
Bu məsələ bu gün keçirilən iclasda rəsmi şəkildə təsdiq olunmuşdur. Nadir müəllim sədr müavini vəzifəsi ilə yanaşı, Komitənin Büro üzvü kimi də fəaliyyətini davam etdirəcəkdir.

Bu mühüm uğur cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı və məqsədyönlü siyasətin nəticəsidir. 
Azərbaycan nümayəndələrinin nüfuzlu beynəlxalq platformalarda rəhbər vəzifələrə seçilməsi, ölkəmizin diplomatik gücünü və peşəkar potensialını bir daha təsdiqləyir.

Nadir müəllim, Komitənin sədr müavini və büro üzvü kimi bu vəzifədə təmsil olunan ilk azərbaycanlıdır.

Bu uğur yalnız fərdi deyil, Azərbaycan mediasiya sektorunun və hüquq camiəsinin beynəlxalq səviyyədə tanınmasına da böyük töhfə verəcəkdir.

Nadir müəllimi bir daha hər iki nailiyyətinə görə təbrik edir və ona bu fəaliyyətdə uğurlar arzu edirik !

Azərbaycan Hüquqşünasları Konfederasiyası” İctimai Birliyinin nümayəndəsi, 
DMX yanında İctimai Şuranın sədri  Sima Yaqubova