Mediasiya Şurası Etika Komitəsinin yeni tərkibli ilk iclası keçirilib

Mediasiya Şurası Etika Komitəsinin yeni tərkibli ilk iclası keçirilib

Bu gün Mediasiya Şurası Etika Komitəsinin yeni tərkibli ilk iclası keçirilib.

Mediasiya Şurası Etika Komitəsinin sədri Aqil Əsgərovun rəhbərliyi ilə keçirilən iclasda Komitənin üzvləri – Tural Məmmədov, Zümrüd Əsgərova, Əli Qəniyev və Komitənin katibi Əkbər Cəfərli iştirak ediblər.

İclasda Etika Komitəsinin qarşısında duran əsas məqsəd və vəzifələr, gələcək hədəflər və iş prosesi müzakirə edilib. Əlavə olaraq etik davranış pozuntuları zamanı baxılmalı olan işlərə dair reqlamentlər, 2024- cü ildə Komitənin qarşısında duran məsələlər və Komitənin iş planı, Komitəyə daxil olan şikayətlərə baxılması məsələləri müzakirə edilib.