Jurnalistin vəfatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Jurnalistin vəfatı ilə bağlı RƏSMİ AÇIQLAMA

12.01.2024 tarixində Respublika Kinik Xəstəxanasından təcili tibbi yardım briqadası tərəfindən Yeni Klinikaya gətirilərək, koma vəziyyətində Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış jurnalist Səbuhi Məmmədov vəfat edib.

Bu barədə Yeni Klinikadan məlumat verilib.

Qeyd edək ki, vəziyyəti kritik-ağır dəyərləndirilən, kəskin tənəffüs çatışmazlığından əziyyət çəkən jurnalist Reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulduqdan sonra monitorizə edilib. Qan qazları müayinəsində ciddi metabolik asidoz görülən xəstə dərhal dializ seansına hazırlanıb.

Həmçinin ağız boşluğunda qanama müəyyən olunan xəstə LOR həkimi müayinə etdikdən sonra təqibə alınıb.

Xəstəyə sol körpücük altı mərkəzi venoz kateter qoyulub, döş qəfəsi rentgen müayinəsi və qarın boşluğunun ultrasəs müayinəsi aparılıb. Eyni zamanda xəstədən qanın ümümi analizi, biokimya, koaqulyasiya, böyrək və qaraciyər funksional testləri, elektrolitlər, infeksiya, qan qrupu testləri və sidiyin ümümi analizi nümunələri götürülərək laboratoriyaya göndərilib.

Məlumat üçün bildirək ki, həkim-reanimatoloqun istəyi ilə nevroloji, endokrinoloji, kardioloji, nefroloji, infeksion xəstəliklər üzrə müayinə olunan xəstənin Qlazqo Koma Şkalası (GCS) 3 bal olaraq qeydə alınıb.

Yeni Klinika olaraq Səbuhi Məmmədova Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.