60 mediator barəsində intizam icraatı aparılıb

60 mediator barəsində intizam icraatı aparılıb

Ötən bir il ərzində “Mediasiya haqqında” Qanunun tələblərinə cavab verən ümumilikdə 1302 əmək mübahisəsi ilə bağlı müraciət Mediasiya Şurasına daxil olub. 2022-ci ildə əmək mübahisələri ilə əlaqədar Mediasiya Şurasına daxil olan müraciətlərin sayı isə 798 olub. Bu müraciətlərdən 113-ü barışıq sazişi ilə tamamlanıb.

Bu sözləri “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirələrdə çıxışı zamanı Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu günədək Mediasiya Şurasını 12 sosial işçi ilə təmin edib. 60 mediator barəsində intizam icraatı aparılıb. 30 mediatorun hərəkətlərində “Mediasiya haqqında” Qanunun tələblərinin pozulması faktı aşkar edilmədiyindən barələrində aparılan intizam icraatına xitam verilib.


BusinessTime