Mediasiya Şurası və Ombudsman Aparatı birgə fəaliyyət göstərəcək

Mediasiya Şurası və Ombudsman Aparatı birgə fəaliyyət göstərəcək

Mediasiya Şurası yeni fəaliyyətə başlamasına baxmayaraq, Ombudsman Aparatı ilə mütəmadi, işgüzar əlaqələr qurub. Biz qərara gəldik ki, müəyyən problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərək.

Bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.

Ombudsman qeyd edib: “Bizə bir çox problemlərlə bağlı müraciətlər daxil olur. Bunlara misal olaraq, sınaq müddətində, təqaüdlərin sayılmasında, işəgötürənlərlə işçilər arasında bir çox mübahisələrin həllində yaranmış məsələləri göstərə bilərik. Biz Ombudsman Aparatı olaraq regional mərkəzlərlə birlikdə maarifləndirmə işinin aparılmasına hazırıq. Hazırda Mediasiya Şurasının fəaliyyət istiqaməti, mediasiya prosesləri haqqında əhali arasında məlumatlar çox azdır. Biz bu istiqamətdə birgə fəaliyyət göstərməyə hazırıq. Ədliyyə Nazirliyinin də bu proseslərdə böyük rolu və dəstəyi var”.

O əlavə edib ki, mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu aktual məsələdir. Belə məsələlərin həlli üçün bu cür tədbirlərin, fikir mübadiləsinin aparılması həm işəgötürənlər, həm də işçilər üçün əhəmiyyətlidir.

BusinessTime