Mediatorlar imtahan verdilər

Mediatorlar imtahan verdilər

30 yanvar 2024-cü il tarixində mediasiya təlim qurumu olan Ədliyyə Akademiyasında ixtisaslaşmış ailə və əmək mediasiya təlimlərini başa vuran mediatorların yekun imtahanı keçirilmişdir.
 
İmtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılmışdır. İmtahan Komissiyasının sədri, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Komissiyanın üzvləri Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Komissiyanın müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Kəramət Əliyev mediatorlara ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya ilə bağlı istiqamətlər üzrə suallar verib və mediatorların bilik səviyyəsini qiymətləndiriblər.