Mərkəzi Gömrük Ekspertizası İdarəsində sahibkarlarla görüş

Mərkəzi Gömrük Ekspertizası İdarəsində sahibkarlarla görüş

Mərkəzi Gömrük Ekspertizası İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK)  bildirilib ki, 50-dək sahibkarın və gömrük təmsilçisinin qatıldığı tədbir gömrük-biznes münasibətlərində məmnunluq səviyyəsinin artırılması, əlçatanlığın təmin olunması, gömrük sistemində tətbiq edilən, eyni zamanda gələcəkdə reallaşdırılacaq yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilib.

Görüşdə son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələrlə bağlı məlumat verilib. Sahibkarların vaxt və vəsait itkisinin aradan qaldırılmasına, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə şərait yaradan “Məcburi qərarlar” layihəsi ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib, biznes nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.