"Mediatorların ilkin hazırlıq kursları"nın daha bir mərhələsi başa çatdı
AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün keçirilən "Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların ixtisasartırma kursları"nın və "Mediatorların ilkin hazırlıq kursları"nın daha bir mərhələsi başa çatdı.
Kurslarda iştirak edib, imtahandan uğurla keçən mediatorlara sertifikatlar təqdim edilib. Sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, həmçinin təlimçilər iştirak edib, onlar yeni fəaliyyətə başlayan mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların ixtisasartırma kursları uğurla bitirən 38 nəfərə və ilkin hazırlıq kursunu bitirən 25 nəfərə sertifikat təqdim olunub.