Mediatorların kifayət qədər təcrübəsi formalaşıb

Mediatorların kifayət qədər təcrübəsi formalaşıb

Mediasiya Şurasının üzvü olan mediasiya təşkilatlarının rəhbərlərinin təqdimatı əsasında nümunəvi fəaliyyəti ilə fərqlənən mediatorlar barədə Şuraya məlumat verilib.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov e-huquq.az-a bildirib ki, təqdimatlar əsasında fəaliyyətlərində xüsusi olaraq seçilən mediatorlar Mediasiya Şurası tərəfindən mükafatlandırılacaq.

N.Adilovun sözlərinə görə, 10 aydır aktiv fəaliyyət göstərən mediatorların kifayət qədər təcrübəsi formalaşıb və bu gün ictimai maraqlara xidmət edən onlarla nümunəvi mediator vətəndaşlara xidmət göstərir.

Sədr deyib ki, nümunəvi fəaliyyəti ilə fərqlənən mediatorlar Ədliyyə Akademiyası tərəfindən təşkil edilən ixtisaslaşmış ailə və əmək mübahisələri üzrə kurslara cəlb ediliblər: "Eyni zamanda Şura Ədliyyə Akademiyası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə təşkil etdiyi davamlı kurslarda da mediatorların iştirakını təmin edir. Mediatorların motivasiya tədbirləri, sosial və dayanıqlı inkişafına dəstək verilməsinin Şuranın diqqətindədir. Qısa müddət ərzində mediasiya təşkilatlarının da fəaliyyətinin uğurlu olduğunu deyə bilərəm".

BusinessTime