Mədinə Əliyeva bu qurumun Fəxri Üzvü seçildi

Mədinə Əliyeva bu qurumun Fəxri Üzvü seçildi

İrsi qan xəstəliyindən əziyyət çəkən insalara və ümumilikdə qan donorluğunun inkişafına mütamadi olaraq göstərilən xüsusi diqqət və qayğıya görə, Azərbaycan Toxumçular Assosiasiyasının sədri, AgroStar şirkətinin Baş Direktoru Mədinə Əliyev Azərbaycan Qon Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyəti tərəfinfən Fəxri Üzv seçilmişdir.

AQDİM-in İdarə Heyətinin Fəxri üzvü seçilən Mədinə Əliyeva bu adın onun üçün böyük qürur olduğunu vurğulayıb, ona göstərilən diqqətə görə Mərkəz rəhbərliyinə minnətdarlığını ifadə edib.

ADQİM-in İdarə Heyətinin sədri Fuad Rəsul Mədinə Əliyevanə Mərkəzin fəxri üzvləri sırasına qoşulması münasibətilə təbrik edib.

Qeyd edək ki, bu günə kimi Milli Məclis sədrinin müavini Adil Əliyev, rəssam-modelyer, parfümer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, xalq artisti Alim Qasımov, millət vəkilləri, tanınmış ictimai xadimlər Azərbaycan Qon Donorluğunun İnkişafı Mərkəzi tərəfindən Fəxri Üzv seçiliblər.