Meksika səfiri KOBİA-da olub
Meksika Birləşmiş Ştatlarının səfiri Mariya Viktoriya Romero Kabalyero Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-dan bildirilib ki, səfir və agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə hər iki ölkənin iş adamları arasında əməkdaşlığın və ikitərəfli ticarət əlaqələrinin inkişafı ilə bağlı birgə təşəbbüslərə, eləcə də KOB-ların dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.