Mərkəzi Bank daha iki xarici brokeri reyestrə daxil etdi
Azərbaycan Mərkəzi Bankı (AMB) daha 2 xarici şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
BusinessTime bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bunlar, Qazaxıstana məxsus "Verny Insurance Broker" və Birləşmiş Ərəb Əmirliklərinə məxsus "SHIELDS Reinsurance Brokers Limited"dir. Bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 103-ə çatıb.
Bundan əvvəl bu ilin iyul ayında Böyük Britaniyaya məxsus "Ardonagh Specialty Limited", Latviyaya məxsus "Marine Underwriting Services SlA", eləcə də "CIB Georgia Insurance Broker LLC" sığorta brokerləri şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, "Verny Insurance Broker" 2004-cü ildən, "SHIELDS Reinsurance Brokers Limited" 2025-ci ildən fəaliyyət göstərir.


