"WhatsApp"da statusları yalnız seçilmiş dostlarla paylaşmaq mümkün oldu
"WhatsApp"a statusların yalnız "Yaxın dostlar" siyahısındakı şəxslərlə paylaşılması imkanı əlavə edilib. Belə statuslar bənövşəyi rənglə fərqləndirilir.
"WhatsApp" istifadəçiləri artıq statuslarını yalnız "Yaxın dostlar" siyahısına daxil etdikləri şəxslərlə paylaşa bilirlər. Bu barədə BusinessTime "1news.az"a istinadən xəbər verir.
Yeni imkan istifadəçilərə statusları seçilmiş şəxslər üçün paylaşmağa şərait yaradır. Bu qaydada paylaşılan statuslar adi paylaşımlardan bənövşəyi rənglə fərqlənir.
Statusa baxan şəxslər də paylaşımın müəllifin seçdiyi şəxslər üçün nəzərdə tutulduğunu görə bilirlər. "Instagram"da mövcud olan eyni funksiya isə yaşıl rənglə fərqləndirilir.


