"Azerconnect Group" “Best Managed Companies” mükafatına layiq görülüb

"Azerconnect Group" “Best Managed Companies” mükafatına layiq görülüb

Azərbaycanın ən böyük IKT şirkəti olan "Azerconnect Group" beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies” müsabiqəsinin qalibi elan edilib.

"Azerconnect Group"un fəaliyyəti uğurlu stategiya, innovasiyaların tətbiqi, effektiv idarəetmə modeli, səmərəlilik, korporativ mədəniyyət və digər göstəricilər üzrə geniş təhlil edilərək qalib elan edilib.

Qeyd edək ki, "Best Managed Companies" mükafatı dünyanın ən böyük audit şirkəti olan “Deloitte” tərəfindən təsis edilib və hər il ölkənin özəl sektorunda fəaliyyət göstərən şirkətləri qiymətləndirir.

2013-cü ildən fəaliyyətə başlayan "Azerconnect Group" Mobil, İnternet, Beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. 3 mindən çox əməkdaşı olan "Azerconnect Group" 2023-cü və 2024-cü illərdə iş şəraiti və insan resursları göstəricilərini qlobal meyarlar üzrə dəyərləndirən “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” sertifikatına layiq görülüb.

"Azerconnect Group" ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən şirkətdir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.