Məşhur şokolad istehsalçısı Rusiyanı həmişəlik tərk edir
![Məşhur şokolad istehsalçısı Rusiyanı həmişəlik tərk edir](https://businesstime.az/uploads/images/2022/08/image_750x_62fc4eec447aa.jpg)
İsveçrənin şokolad istehsalçısı “Lindt & Sprüngli” Rusiya bazarını həmişəlik tərk edir.
“9 mart 2022-ci il tarixli elanından sonra “Lindt & Sprüngli” qrupu Rusiya bazarını tərk etmək qərarına gəlib”, - deyə məlumatda qeyd edilir.
Martın əvvəllərində şirkət Rusiyaya şokolad ixracını dayandırdığını bəyan etmişdi.
Şirkət eyni zamanda Rusiyadakı işçilərinə dəstək göstərməyə davam edəcəklərini vurğulayıb.
Mənbə: Gazeta.ru