"Barclays" bankı əməkdaşlarının bonusları üçün üç milyard dollar ayırıb

"Barclays" bankı əməkdaşlarının bonusları üçün üç milyard dollar ayırıb

Böyük Britaniyanın ən böyük banklarından biri olan "Barclays" 2025-ci ilin yekunlarına əsasən, öz əməkdaşları üçün ümumi bonus büdcəsini 15% artıraraq 2.2 milyard funt sterlinqə (3 milyard dollar) çatdırıb.

Bu barədə Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir.

Bu, 2025-ci il üzrə qənaətbəxş illik nəticələr sayəsində bank üçün son beş ildə rekord məbləğdir. "Barclays"in mənfəəti 2016-cı ildən bəri maksimal dinamika göstərib.

Keçən il maliyyə əməliyyatları üzrə əhəmiyyətli riskləri üzərinə götürən təxminən 1 340 yüksəkvəzifəli əməkdaş ümumilikdə təxminən 950 milyon funt sterlinq (1.3 milyard dollar) məbləğində nağd pul və səhm şəklində bonuslar alıblar. Bankda təxminən 93 000 ştatlı əməkdaş çalışır. "Barclays"in rəhbəri Koimbatur Venkatakrişnan 2025-ci ilin yekunları üzrə 9.4 milyon funt sterlinq (12.8 milyon dollar) bonus alacaq ki, bu da əvvəlki ilə nisbətən 12% çoxdur. Bankın digər əməkdaşlarının hər biri isə 500 funt sterlinq (685 dollar) mükafat alacaq.