MİDA bu işlərə 9,3 mln. manat pul xərcləyəcək
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonu Saray qəsəbəsindəki yaşayış komleksinin tikintisi ilə əlaqədar 3 şirkətlə nəhəng müqavilə bağlayıb.
BusinessTime bildirir ki, bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.
Belə ki, Saray qəsəbəsində 4,5 ha-da çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması,yollar və səkilər,abadlaşdırma,ərazinin yaşıllaşdırılması və su-kanalizasiya təminatı, 4,5 ha torpaq sahəsində sahəxarici və sahədaxili qaz təminatı işləri, 4,5 ha torpaq sahəsində 2 mərtəbəli 80 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulub.
Məlumata əsasən, qurum sözügedən işlərlə bağlı “Qurucu”, “Alp-2010” və “İdeal TM” şirkətləri ilə müqavilə bağlayıb.
Sözügedən işlərin icrasına ümumilikdə 9,3 milyon manat sərf olunacaq.


