Aslan Abbaszadə növbəti mükafata layiq görülüb

Aslan Abbaszadə növbəti mükafata layiq görülüb

Günlərdir danışılan tədbir, nəhayət baş tutdu.

Four Seasons Oteldə "İki Devlet Bir Millet Başarı Ödülleri" tədbiri keçirildi. "Başarı Ödülü" Gecəsinin Layihə rəhbəri Türkiye Yerel Basın Birliğinin Azərbaycan təmsilçisi, İqtidar qəzetinin yazarı Həsən Məmmədov, tədbirin təşkilatçısı isə Mirtalıblı Groupun rəhbəri Ləman Mirtalıblı idi. Gecə Heydər Əliyevin 100 illiyi və "Zəfər Bayramı"  və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu.

Tədbirin əsas məqsədi Türkiyə Azərbaycan dostluq əlaqələrinin genişlənməsi, İki Dövlət Bir Millət prinsipinə əsaslanaraq Türkiyə Azərbaycan qardaşlığının əbədiliyini vurğulamaq idi. Gecənin xüsusi qonaqları isə Azərbaycan Respublikasının Xalq Artisti Brilliant Dadaşova, Azərbaycan Respublikasının Əməkdar Artisti Lalə Məmmədova, ifaçı Ayan Babakişiyeva, ifaçı Murad Laçın idi. Azərbaycanda sahələrinin ən yaxşıları - həkimlər, iş insanları, elm xadimləri, sənət nümayəndələri, dövlət nümayəndələri, idmançılar, medya nümayəndələri, jurnalistlər və s. mükafata layiq görüldü.  

Mükafatın məqsədi onların fəaliyyətini dəyərləndirərək  onlara motivasiya vermək və bundan sonrakı fəaliyyətlərində uğur diləmək idi. Mükafat alan iş insanları arasında "Aqat Silver" mağazalarının rəhbəri, uğurlu iş insanı Aslan Abbaszadə də var idi.

Təbii daşların satışı, onlar haqqında müştəriyə ən dolğun məlumat vermək üzrə Aslan bəyin mağazaları, işci heyyəti Azərbaycanda bu sahə üzrə ən yaxşısıdır. Bu səbəblə mükafat Aslan bəyə təqdim olundu.

Aslan Abbaszadənin uğurunun sirri əzmi, iradəsi və zəhmətkeşliyidir, bu xüsusiyyətləri ilə onun alacağı mükafatların sayı-hesabı olmayacağına əminik.