MİDA Naxçıvanda sosial evlər tikəcək

MİDA Naxçıvanda sosial evlər tikəcək

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) Naxçıvan şəhərində mənzil bazarının araşdırılması və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi xidməti üzrə keçirdiyi tenderin qalibi bəlli olub.

BusinessTime xəbər verir ki, müsabiqənin qalibi “Era Research” MMC olub.

2023-cü ilin dekabrında start götürən müsabiqə bu il yanvarın 30-da yekunlaşıb.

MİDA qalib şirkətə 44 014 manat ödəyəcək. 2000-ci ildə yaradılan “Era Research” MMC-nizamnamə kapitalı 200 manatdır.